ENA+

İlk dəfə hərracda süni intellektin çəkdiyi rəsm satıldı: 45 dəfə baha

Nyu-Yorkdakı hərrac evi olan “Christie's” tarixdə ilk dəfə süni intellektin çəkdiyi rəsm əsərini satışa çıxarıb.

"Bİ" xəbər verir ki, alıcı, süni intellektin əl işini almaq üçün 432,5 min dollar ödəyib. Bu isə hərracın start qiymətindən 45 dəfə bahadır.

Şəkil “Edmond Belaminin Portreti” adlanır. Yaradıcılıq əsərini süni intellektin incəsənət əsərləri yaratmaq qabiliyyətini öyrənən fransalı tələbələr yaradıblar.
 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department