"ASAN xidmət"də göstərilən xidmətlərlə bağlı 4083 əsaslı - ŞİKAYƏT TOPLANDI
2018-ci ildə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət sayı ötən illə müqayisədə 20,7%-dən çox artıb.
"ENA" xəbər verir ki, bu barədə “ASAN xidmət”in illik hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər üzrə vətəndaşların məmnunluq səviyyəsini müəyyən etmək üçün rəy sorğuları keçirilib: “Hesabat ilində xidmətlərə müraciət edən şəxslərdən 3 067 210 rəy sorğusu götürülüb. Bu isə xidmət alan şəxslərin 46,1%-ni təşkil edir. 2018-ci il ərzində xidmətlər üzrə ümumi məmnunluq əmsalı 99,42% olub. Dövlət Agentliyində xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə rəy sorğularından əlavə 5 mənbə üzrə – “Çağrı” Mərkəzi, şikayət və təklif jurnalı, vətəndaşlar tərəfindən birbaşa müraciət, elektron poçt və sosial şəbəkələr vasitəsilə vətəndaş müraciətləri toplanılır. Rəy sorğuları da daxil olmaqla digər mənbələr üzrə 4083 əsaslı şikayət toplanıb. Əsaslı şikayətlərin ümumi vətəndaş müraciətinə nisbəti 0,05%-dir”.