Birja

Avtomobil şirkətlərinin səhmləri birləşmək təklifi ilə bahalaşıb

Renault şirkətinin İtaliyanın Fiat Chrysler Automobiles şirkətindən birləşmək təklifi almasından sonra hər iki avtomobil şirkətinin səhmləri bahalaşıb.

"ENA" xəbər veri ki, Renault-un səhmləri 12 faiz bahalaşaraq 56,03 dollara, Fiat Chrysler-in səhmləri isə 8 faiz bahalaşaraq 12,37 dollaraq qalxıb.

Xəbər verdiyimiz ki, "Fiat Chrysler Automobiles NV" şirkəti "Renault SA" şirkətinə birləşməyi təklif edib. Birləşmənin reallaşması vəziyyətində yaranacaq şirkət, dünyanın ən böyük üçüncü avtomobil istehsalçısı olacaq.

Fiat tərəfindən Bazar ertəsi günü verilən açıqlamada birləşmənin  50 - 50 ortaqlıqla təmin ediləcəyi və hər hansı bir zavodun bağlanmayacağı qeyd edilib. 
Fransanın "Renault SA" şirkəti tərəfindən ayrıca verilən açıqlamada isə İdarə heyətinin təklifi qiymətləndirəcəyi bildirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)