Sığorta

Azərbaycanın sığorta bazarında 2021-ci il üçün yığım həddi arta bilər

"Daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuiliyyətinin icbari sığortası növləri sığorta bazarının illik 300-400 milyon manat məbləğində əlavə artımını təmin edə bilər".

Bunu Azərbaycan Sığortaçılar Asosiasiyasının sədri Azər Əliyev bildirib.

O deyib ki, ölkənin sığorta bazarında nəhəng potensial var: "Bazarın inkişafını müxtəlif istiqamətlərə yönəltmək olar və bu, lazımdır. Söhbət həm əmlakın sığortası növlərindən, həm də həyat sığortasından gedir. Belə ki, 2011-ci ildə həyat sığortası üçün möhkəm bünövrə qoyulmuşdu”.

Assosiasiya rəhbəri hesablaşmalarda dəqiqləşdirmə və avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuiliyyətinin icbari sığortası kimi növlərin daha geniş yayılması hesabına sığorta bazarında daha böyük artım imkanlarının olduğunu dilə gətirib.

“Əhalinin daşınmaz əmlakının icbari sığortası kimi sərfəli sığorta növü az qala heç istifadə olunmur. Halbuki əhalinin maliyyə cəhətdən müdafiəsi baxımdan bu, olduqca mühüm sığorta məhsuludur. Sadalanan sığorta növlərini tam gücü ilə işə salmaq üçün bir qədər səy göstərilsə, sığorta bazarının illik 300-400 milyon manatdan çox əlavə artıma nail olmaq mümkündür”, – ekspert vurğulayıb.

A.Əliyevin fikrincə, yeni sığorta növlərinin tətbiqi ilə ölkə başçısı tərəfindən 2021-ci ildə sığorta yığımlarını 1,5 milyard manata çatdırmaq barədə qoyulan vəzifəni artıqlaması ilə yerinə yetirmək mümkün olar.

Ümumiyyətlə, bu ilin üç ayı ərzində 21 sığorta şirkətinində ödənilən sığorta haqları 201.174 min manat, yəni ötən ilin müvafiq dövrünə nisbətən 4,2 faiz çox olub. Həmin müddət ərzində hər 100 manat sığorta haqqı ödənişlərinə 23 manat sığorta ödənişləri qeydə alınıb. 2018-ci ilin müvafiq dövründə isə bu məbləğ 31,2 manat təşkil etmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)