Azərbaycanda iki dəmiryolu deposu tikilir
![](https://ena.az/uploads/news/2019-05/_ena_8ab41df2d30cb8ebb645021e3_o.jpg)
Azərbaycanda vaqonların saxlanılmasi üçün iki depo tikilir.
"ENA" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov İTV-ə müsahibəsində deyib.
Eləcə də bax: "Bakı-Tbilisi-Qarsla sərnişin daşınması bu ilin avqustunda mümkün olacaq"
Onun sözlərinə görə, dəmiryolu deposunun genişləndirilməsi üçün Fransanın İnkişaf Agentliyi ilə müqavilə mövcuddur:
"Biləcəri və Gəncədə depo tikilir. Yəni, vaqonların alınması üçün beynəlxalq yollarda (Xarkov, Moskva, Tbilisi) 50-ə yaxın sərnişin qatarı, 4 min də yük vaqonu olsa dəmiryolunun vəziyyətini düzəltmiş olarıq".
C.Qurbanov, həmçinin əlavə edib ki, üç il ərzində Azərbaycan 875 km dəmiryolu dəyişdirilib.
Eləcə də bax: Bakıdan Qəbələyə 3 saata çatmaq mümkün olacaq