Bank

“BTB Kapital” investisiya şirkətinə lisenziya verilib

Maliyyə Bazarlarına Nəzarət Palatası “BTB Kapital İnvestisiya Şirkəti” QSC-yə lisenziya verib.

Bu barədə şirkətin direktoru Ruslan Cəfərov məlumat verib.

Onun sözlərinə görə, “BTB Kapital” lisenziyanı həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərmək üçün alıb.

Xatırladaq ki, bu investisiya şirkəti bu il fevralın 15-də 350 min manat nizamnamə kapitalı ilə yaradılıb. Onun təsisçisi 100% “Bank BTB” ASC-dir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)