Mərkəzi Bank avtomobillər alır
Azərbaycan Mərkəzi Bankı 2 ədəd nəqliyyat vasitəsinin satın alınması məqsədi ilə açıq tender keçirir.
"ENA" xəbər verir ki, iddiaçılar tender təkliflərini 15 iyul 2019-cu il saat 18:00-a qədər Mərkəzi bankın Bakı şəhəri, R. Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Tender 16 iyul 2019-cu il saat 15:00-da eyni ünvanda keçiriləcək. (Əlaqələndirici şəxs: Zöhrab Səfərəliyev, telefon: 493-11-22, daxili: 101).
Eləcə də bax: Mərkəzi Bank "Mastercard"la Anlaşma Memorandumu - İMZALADI
Tenderdə iştirak haqqı 100 manatdır.