Nazirlik xəbərdarlıq etdi - SEL GÖZLƏNİLİR
Ekologiya və Təbii Sərvətlər Nazirliyitəhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Bİ"yə verilən məlumata görə, oktyabrın 26-da və 27-si gecə və səhər intensiv, güclü yağışlarla əlaqədar dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.