ENA+

Bakı metrosunda qatarların tuneldə qalması hallarına - SON QOYULACAQ

"Bakı Metrololiteni" QSC ümumi gücü 39 MVT olan 17 ədəd generator alıb.

"ENA" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov deyib.

Onun sözlərinə sözlərinə görə, hazırda generatorların sazlanması və quraşdırılması həyata keçirilir. 
"Məsələn, metroya xidmət göstərən "Azərişıq" ASC-nin 215 saylı yarımstansiyasında 2 ədəd dizel generatoru quraşdırılıb. Bunların hər biri 500 litr yanacaq tutur. Enerjinin tam kəsilməsi halında genertorlar işə düşəcək və işıqlandırma, eskalatorların hərəkəti, su və ventilyasiya sistemi üçün enerjini təmin edəcək. Həmçinin bu generatorlarla qatarların minimal hərəkətini təmin etmək mümkündür. Yəni, qatarlar daha tuneldə qalmayacaq".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)