Elektromobil və ya dizel: ekoloji baxımdan - TƏƏCCÜBLƏNDİRƏN GÖSTƏRİCİLƏR
Elektromobil və dizel avtomobillərlə bağlı araşdırma aparılıb.
"ENA" xəbər verir ki, Münhen İqtisadi Araşdırmalar İnstitutunun elm adamlarına görə, elektromobillər dizel avtomobillərə nisbətən daha çox karbon dioksidi yayır.
Orta sinif nəqliyyat vasitələrinin Tesla Model 3 və Mercedes C 220 d müqayisəli tədqiqatı ilk modelin dizel mühərriki olan ikinci avtomobilə nisbətən atmosferə daha çox karbon dioksidi çıxardığını göstərib. Bu nəticə Münhendə İqtisadi Tədqiqatlar İnstitutunun CESifo tədqiqat qrupunun alimləri tərəfindən verilb. Onların əldə etdiyi nəticələr təşkilatın saytında (https://www.ifo.de/) təqdim olunur.
Elektromobillərin kütləvi tətbiqi ətraf mühitə təhlükəsiz olduğuna dair əksər fikirlərə baxmayaraq, elektromobillər alman avtomobillərinin modelindən 25% daha çox emissiya istehsal edir. Mercedes C 220 d 1 km-də 117 g karbon dioksid, elektromobillər isə 159 qr.
Tədqiqatlarda qeyd olunurki , batareyaların istehsalı üçün lazım olan lityum hasilatı və emalı da böyük miqdarda enerji tələb edir. Həcmi 75 kVt olan batareya 10-14 min kq-a qədər karbondioksit emissiya edir. Alimlərin fikrincə, elektormobilin illik 15 min km yürüşlə və 10 illik istifadə müddəti nəzərdə tutulan bir batareyanın istehsalı və yenidən emalı zamanı 1 km üçün 73-98 g karbondioksit emissiyası baş verir. Digər parametrlər nəzərə alındıqda bu parametrlər 159 qr –a qədər artır.
Hal-hazırda ən böyük avtomobil istehsalçıları elektromobillərin istehsalını artırır. Məsələn, Yaponiya istehsalçısı Toyota 2025-ci ilədək benzin və ya dizel mühərrikləri ilə avtomobil istehsalını tamamilə dayandırmaq niyyətini açıqlayıb, və model siralarında yalnız hidrogen ilə çalışan hibridləri, və elektromibilləri saxlayacağını qeyd edib.