ENA+

Zelenski Moskvaya qarşı "qamçı və kökə" siyasəti yürüdəcək

Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-ı Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırmasına səbəb Moskvanın prezidentin irəli sürdüyü təşəbbüsləri cavabsız qoymasıdır.

Bunu Ukrayna prezident administrasiyasının rəhbəri Andrey Boqdan “112 Ukraina” telekanalının efirində bildirib.

Boqdan xüsusi olaraq bildirib ki, Zelenskinin Vaşinqtona etdiyi müraciət Rusiyanın ukraynalı dənizçilərin sərbəst buraxılması üzrə danışıqlar prosesinə razılaşmaması ilə əlaqədardır.

Administrasiya rəhbəri Zelenskinin Rusiyaya qarşı “qamçı və kökə” (arzuolunan nəticəni əldə etmək üçün tətbiq olunan mükafatlandırma və cəza kombinasiyası – red.) siyasəti yürüdəcək.

“Biz hədəfə doğru irəliləməliyik. Hədəfə çatmaq üçün bütün vasitələr məqbuldur. Bildiyimiz kimi, iki üsul var – qamçı və kökə üsulu. Biz Rusiya hakimiyyətinə lazımi bütün siqnalları göndəririk, biz söhbət aparmağa və kompromislərə hazırıq”, - deyə Boqdan vurğulayıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)