"Union Lizinq"in səhmdarlarının yığıncağı keçiriləcək
İyunun 29-da, saat 11:00-da “Union Lizinq” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“ENA” xəbər verir ki, yığıncaq şirkətin Bakı şәhәri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, ev 4 (xarici dairәvi yol) ünvanında yerlәşәn inzibati binasında olacaq.
Yığıncağın gündәliyinә “Union Lizinq”in illik hesabatlarının (balans, mәnfәәt vә zәrәr hesabatlarının) təsdiq olunması, şirkətin maliyyә vәziyyәtinin müzakirә edilmәsi məsələləri daxildir.
Xatırladaq ki, "Union Lizinq" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 40 000 manatdır. Şirkətin səhmləri 100% Abdul Rüfət oğlu İsmayılova məxsusdur.