Prezident 2 rayonun icra başçısını dəyişdi - SƏRƏNCAMLAR
Prezident İlham Əliyevin sərəncamı ilə, Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
"ENA" xəər verir ki, Prezidentin digər sərəncamı ilə, Siraqəddin Nəcəf oğlu Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezidentin başqa sərəncamları ilə, Nazim Mehdi oğlu İsmayılov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı, Siraqəddin Nəcəf oğlu Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin ediliblər.