Keçmiş nazir yeni şirkətini Prezidentə təqdim etdi
Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov Azərbaycanda yeni şirkət yaradıb.
Sabiq nazir ABŞ-ın dünyaca tanınan “Massey Ferguson” şirkətinin Azərbaycanda təmsilçiliyini açıb.
Mayın 15-də Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi – “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgiləri ilə tanış olan zaman Füzuli Ələkbərov şirkətin məhsulları ilə bağlı ölkə başçısına təqdimat da edib.
Eləcə də bax: Bu malların idxalı gömrük rüsumundan - AZAD EDİLDİ
Qeyd edək ki, “Massey Ferguson” şirkəti kənd təsərrüfatı texnikaları istehsalı üzrə ixtisaslaşıb. Bu şirkətin istehsalı olan traktorlar dünyada məşhurdur.
© "Gununsesi"