Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; DbConnector has a deprecated constructor in /home/nizami83/public_html/AdminIstration/DBConnector.php on line 3
 | ENA.az

Bakıda təhsil sərgisi keçiriləcək

Oktyabrın 10-da Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “Eduexpo” sərgisi açılacaq.

Builki sərgidə ilk dəfə olaraq Avropa İttifaqının birləşmiş stendinin olacağı gözlənilir.

Sərgidə dünyanın 22 ölkəsini təmsil edən 152 təhsil strukturu iştirak edəcək. Sərgi iştirakçılarının 45%-ni debütantlar təşkil edir.