Dünyanın ən uzun dəmiryolu xətti fəaliyyətə - BAŞLADI
Cümə axşamı Transsibir magistralı ilə Yaponiyadan Polşaya ilk transit konteyneri nəql olunub.
Bu barədə Rusiyanın Nəqliyyat nazirinin müavini Vladimir Tokaryov “RİA Novosti”yə açıqlama verib.
“Ötən gün Yaponiyadan Polşaya ilk transit konteyneri göndərdik. Bu, ilk daimi, sınaq konteyneridir. Ümid edirəm ki, yapon iş adamlarının marağına səbəb olacağıq, onlar Transsibirin rəqabətədavamlı olduğunu və onunla yüklərin daşınmasının daha tez, ucuz, rahat və təhlükəsiz başa gəldiyini görəcəklər”, - deyə nazir müavini bildirib.
Eləcə də bax: Bakı-Sabunçu qatarında gedişhaqqı açıqlandı
Transsibir magistralı (Transsib) dünyanın ən uzun dəmiryolu xətti sayılır, uzunluğu 9288,2 km təşkil edir. Xəttin yük buraxıcılıq qabiliyyəti ilə 100 milyon tondur. Magistral tam yüklənəcəyi təqdirdə Çinin “Bir kəmər - bir yol” layihəsinə alternativ ola bilər.