Yerevanda bank direktorunun avtomobili partladılıb

Ermənistanın paytaxtı Yerevanda “Armekonombank”ın icraçı direktoru Aram Xaçatryanın avtomobili partladılıb.
ENA.az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
!@#
Bildirilib ki, A.Xaçatryan avtomobili işə salıb, bir neçə metr hərəkət etdikdən sonra partlayış baş verib.
Polisin açıqlamasına əsasən, naməlum şəraitdə “Lexus” avtomobili partlayıb. İlkin məlumata görə, A.Xaçatryan xəsarət almayıb.











