Əsas məzmuna keç
Bakı +18°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Yeni “Təndir” nə vaxt açılacaq?

Yeni “Təndir” nə vaxt açılacaq?

Bakının ən məşhur restoranlarından biri olan “Təndir” yenidən qurulması işləri başa çatdıqdan sonra fəaliyyətini bərpa edəcək. 

"Bİ" xəbər verir ki, restoran 2 aydan sonra yenidən fəaliyyət göstərəcək.

“Təndir”dən başqa “Buta”, “Manqal” və “Qala divarları” restoranları da sökülür. Onların yerində yeni restoranlar inşa ediləcək”, - bu fikirləri Oxu.Az-a açıqlamasında həmin restoranların yaxınlığındakı obyektlərdən birinin sahibi deyib. 

Xatırladaq ki, söküntü işlərinə ötən gün səhər saatlarında başlanılıb. 

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən Bakıya gələn yüksək vəzifəli şəxslər, o cümlədən prezidentlər vaxtilə “Təndir” restoranında olublar.