Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Yaxın gələcəkdə Azərbaycanda onlayn kassalar tətbiq olunacaq

Yaxın gələcəkdə Azərbaycanda onlayn kassalar tətbiq olunacaq

Yaxın gələcəkdə Azərbaycanda onlayn rejimdə işləyən kassaların tətbiqinə başlanacaq.

"ENA" xəbər verir ki, bunu bu gün vergilər nazirinin müavini Sahib Ələkbərov Sahibkarlar gününə həsr edilmiş "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, artıq test rejimində bu işlərə başlanılıb: “Nazirlər Kabinetinin təsdiq etdiyi qrafikə uyğun olaraq onlayn kassa aparatları təsdiq olunacaq. Bu zaman da sahibkarların üzərinə əlavə yük düşməyəcək. Amma bu sahədə də vərdişlərlə bağlı problemlər var. Uzun müddət formalaşmış vərdişləri dəyişmək çətindir. Lakin bu vərdişlərin dəyişməsini uzun müddət gözləyə bilmərik".

 

(c) APA

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə