Əsas məzmuna keç
Bakı +7°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hadisə

Yanğınla bağlı - RƏSMİ AÇIQLAMA

Yanğınla bağlı - RƏSMİ AÇIQLAMA

Nərimanov Rayon İcra Hakimiyyəti rayon ərazisindəki yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb.

İcra hakimiyyətindən verilən məlumata görə, hadisə rayonun Məlik Məmmədov küçəsi 4 ünvanında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə məxsus yataqxanada baş verib: "Martın 5-də gecə saat 23:40 radələrində beşmərtəbəli yataqxananın 3-cü mərtəbəsində qısaqapanmadan baş verən yanğın zamanı 11 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdirilib. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib. Dünyasını dəyişən şəxslər Laçın rayonundan olan məcburi köçkünlər - 1958-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızıdır".

Məlumatda bildirilir ki, faktla bağlı Nərimanov rayon Polis İdarəsi və Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırma aparılır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə