Əsas məzmuna keç
Bakı +11°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

Xocalıda faydalı qazıntı yatağı hərraca çıxarılır

Xocalıda faydalı qazıntı yatağı hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Xocalı rayonundakı "Ağçay" üzlük daşı yatağını açıq hərraca çıxarır.

Məlumata görə, hərrac dekabrın 19-da, saat 11:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər lazımi məlumat almaq, iştirak haqqı və 10 %-lik behi ödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə (Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 A) müraciət edə bilərlər.

 

N

Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının  növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti (manatla)

Beh məbləği

(10%)

(manatla)

İştirak haqqı (manatla)
1. Ağçay LOT-1 6000 m3 2.4 ha Üzlük daşı Altı ay 657132,05

4412047,68

600 60 540
ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə