Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Xaricilər 8 ayda Azərbaycanda bank kartları ilə 863 milyon xərcləyiblər

Xaricilər 8 ayda Azərbaycanda bank kartları ilə 863 milyon xərcləyiblər

Bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 190 ölkəsindən 2 138,7 min nəfər gəlib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxsin gəlməsi deməkdir. 

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı"nda bildirilir.

Məlumata görə, xaricilər bu ilin 8 ayında bank kartları ilə 862,9 milyon manatlıq əməliyyat aparıb. Bu rəqəm təkcə avqust ayında isə 137,4 milyon manat olub. 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 888 milyon manat təşkil etmişdi.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə