Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Turizm

"Xarici nümayəndələr maaşı Azərbaycandan alacaqlar"

"Xarici nümayəndələr maaşı Azərbaycandan alacaqlar"

Azərbaycanın 6 ölkədə xarici turizm nümayəndələri fəaliyyətə başlayıb. Bu nümayəndələr xarici vətəndaşlardır və onlar Azərbaycan Dövlət Turizm Bürosundan rəsmi əmək haqqı alırlar. 

"Businessinsider.az"ın sualını cavablandıran agentliyin icraçı direktor müavini Bəhruz Məmmədov bildirdi ki, nümayəndələr Azərbaycana göndərdikləri turistlərin sayına görə marja almayacaqlar.

Agentliyin işçisi kimi əmək haqqı alan bu şəxslər məsul olduqları regionlardakı bütün sərgi və tədbirlərdə Azərbaycanı təmsil edəcəklər və turizm məhsullarımızın təbliğinə çalışacaqlar.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə