Əsas məzmuna keç
Bakı +9°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Xarici banklar Türkiyədən çıxırlar

Xarici banklar Türkiyədən çıxırlar

Bloomberg-də yer alan xəbərə görə, Hollandiyanın beynəlxalq bankı ING Türkiyədəki törəmə bankını satmağa hazırlaşır.

ENA.az xəbər verir ki, adının açıqlanmasını istəməyən mənbələr bankın potensial alıcılar ilə danışıaqlar apardığını bildiriblər. 
ING-nin Türkiyədəki bankının satışı üçün son qərarını vermədiyi qeyd edilib. ING rəsmiləri mövzu haqqında şərh verməkdən imtina ediblər.

UNICREDIT PAYINI AZALDIB, HSBC-NİN ÇIXACAĞI İDDİA EDİLİB
Ötən günlərdə İtalya bankı Unicredit Yapı Kredi bankındakı payını azaltmışdır.

Keçən ay Reuters-də dərc olunan bir xəbərdə Böyük Britaniya bankı HSBC-nin Türkiyədən çıxmağı qiymətləndirdiyi iddia edilmişdi. HSBC dünya miqyasında 35 min nəfəri işdən çıxarmaq qərarı verib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə