Əsas məzmuna keç
Bakı +10°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

Veysəloğlu Şirkətlər Qrupunda yeni təyinat

Veysəloğlu Şirkətlər Qrupunda yeni təyinat

Veysəloğlu Şirkətlər Qrupuna yeni direktor təyin edilib.

ENA.az xəbər verir ki, Fərahim Hacıyev Veysəloğlu Şirkətlər Qrupunun Maliyyə Nəzarəti və Xəzinədarlıq direktoru təyin edilib.

O, 2024-cü ilin yanvarından 2025-ci ilin aprel ayına kimi Veysəloğlu Şirkətlər Qrupunun Maliyyə və Biznesin İnkişafı Departamentinin müdiri kimi çalışıb.

Fərahim Hacıyev dövlətin xarici ölkədə təqaüd proqramını qazanaraq bakalavr təhsilini Böyük Britaniyanın Mançester Universitetində “Mühasibat Uçotu” üzrə alıb. O, təhsildə uğurlarına görə Prezident təqaüdünə layiq görülüb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə