Əsas məzmuna keç
Bakı +9°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qarabağ

Vardanyanın bizə dəxli yoxdur - Lavrov

Vardanyanın bizə dəxli yoxdur - Lavrov

"Ruben Vardanyanın bizə dəxli yoxdur".

ENA.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

"Ruben Vardanyanın Qarabağa getməsinin Rusiyaya heç bir dəxli yoxdur. O, öz xahişi ilə prezident Vladimir Putin tərəfindən Rusiya vətəndaşlığından çıxarılıb", - deyə Lavrov söyləyib.

Qeyd edək ki, Azərbaycan XİN başçısı Ceyhun Bayramov Vardanyanın Qarabağdan getməli olduğunu vurğulamışdı.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə