Əsas məzmuna keç
Bakı +9°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Valyuta mübadiləsi xidməti göstərən bütün şirkətlər AMB-nin kapital tələbini yerinə yetirib

Valyuta mübadiləsi xidməti göstərən bütün şirkətlər AMB-nin kapital tələbini yerinə yetirib

Azərbaycanda valyuta mübadiləsi xidməti göstərən şirkətlərdən daha biri - "Bakı Mərkəzi Valyuta" MMC Azərbaycan Mərkəzi Bankının (AMB) bu fəaliyyət növü üçün qoyduğu kapital tələbini yerinə yetirib.

Məlumata görə, şirkət nizamnamə kapitalını kəskin artıraraq 10 manatdan 900 110 manata çatdırıb.

Bu məbləğ "Bakı Mərkəzi Valyuta"ya paytaxtda iki valyuta dəyişmə məntəqəsi ilə fəaliyyətini davam etdirməyə imkan verir.

Xatırladaq ki, "Bakı Mərkəzi Valyuta" 2022-ci ildə yaradılıb.

Bundan əvvəl "Eliko", "Meta-Kapital", "Delta Capital" və Zuhur" MMC-lər nizamnamə kapitalını AMB-nin tələbinə uyğunlaşdırıb. Beləliklə, valyuta mübadiləsi xidməti göstərən bütün şirkətlər AMB-nin kapital tələbini yerinə yetirib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə