Valyuta hərracı keçirildi - NƏTİCƏ

30 noyabr 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
Hərracda tələb 142.9 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
!@#
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.
Bununla da noyabrda dollar ARDNF tərəfindən dollar satışı 853.9 mln. dollar təşkil edib ki, bu da Banker.az-ın noyabr üzrə proqnozunu 6.8% üstələyib.











