Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

"Valyuta bazarında tarazlıq qorunur"

"Valyuta bazarında tarazlıq qorunur"

Bu il Azərbaycanda valyuta bazarında tarazlıq qorunub.

ENA.az-n məlumatına görə, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə deyib.

Baş banki qeyd edib ki, cari ilin 9 ayında manatın nominal kredit məzənnəsi 5% bahalaşıb:

“Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti və nəzarət tədbirləri maliyyə sektorunda stabil fəaliyyətinə və ödənişlərin fasiləsizliyinə yönəldilib. Bank sektorunun dayanqlılığı bütövlükdə diqqətdə saxlanılıb”.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub. Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə