Ukraynanın bu şəhəri işğaldan azad olunub

Ukraynanın paytaxtı Kiyevin ətrafındakı İrpen şəhəri Rusiya qüvvələrindən tam azad olunub.
ENA.az xəbər verir ki, bu barədə şəhərin meri Oleksandr Markuşın teleqramda məlumat verib.
!@#
Onun sözlərinə görə, hazırda şəhərdə Rusiya qüvvələrinin qalıqlarından təmizlənməsi işləri gedir: “Hazırda İrpenə qayıtmaq təhlükəlidir. Ukraynanın müdafiəçiləri yeni mövqelərdə möhkəmlənirlər”.











