Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

Ukrayna Prezidenti: "Rusiya ilə müharibə ola bilər"

Ukrayna Prezidenti: "Rusiya ilə müharibə ola bilər"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin baş verəcəyi ehtimalını irəli sürüb.

ENA.az TAAS-a istinadən xəbər verir ki, o, “YES Brainstorming” forumunda aparıcının Rusiya ilə Ukrayna arasında müharibənin mümkünlüyünə dair sualını cavablandırarkən deyib.

“Hesab edirəm ki, müharibə ola bilər”, - Ukrayna Prezidenti bildirib.

V.Zelenski əmindir ki, hadisələrin belə inkişafı yanlış variant olardı: “Çünki bu baş verərsə, Rusiya, Ukrayna və Belarusun qonşuluğu heç vaxt olmayacaq”.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə