Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hi-Tech

Twitter-ə böyük həcmli məqalələr yerləşdirmək mümkün olacaq

Twitter-ə böyük həcmli məqalələr yerləşdirmək mümkün olacaq

 Elon Musk-ın verdiyi məlumata əsasən Twitter tərtibatçıları sosial şəbəkəyə böyük məqalələr yerləşdirməyə imkan verəcək yeni funksiya üzərində çalışırlar. Çox güman ki, bu yeni funksiya Articles adını əldə edəcək. İstifadəçilər onun vasitəsilə Twitter-ə uzun və qəliz məqalələri yerləşdirə biləcəklər. “İstədiyiniz halda hətta kitabı da Twitter-ə yerləşdirə biləcəksiniz” - deyə Musk qeyd edib. Gözləntilərə əsasən bu yeni funksiya kontentlərin sosial şəbəkəyə yerləşdirilməsi imkanını daha da genişləndirəcək. Keçən il Musk-ın Twitter-i almasından sonra bu sosial platforma mikrobloqlar formatından uzaqlaşmağa başladı. Belə ki, Twitter Blue istifadəçiləri artıq 10 000 simvoldan ibarət tweet-ləri paylaşmaq imkanına sahibdirlər. Articles adlı yeni funksiya isə daha uzun paylaşımların edilməsini mümkün edəcək.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə