Əsas məzmuna keç
Bakı +9°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Türkiyədə toylar yoxlama-nəzarətə götürüldü

Türkiyədə toylar yoxlama-nəzarətə götürüldü

Türkiyədə keçirilən toy, nişan və nikah məclislərində koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yoxlama-nəzarət aparılacaq.

Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin bütün valiliklərinə bununla bağlı təlimat göndərib. Təlimatda bildirilir ki, yoxlama-nəzarət tədbirlərində məqsəd koronavirusla əlaqədar sosial həyat üçün müəyyən edilən məhdudiyyətlərə necə əməl olunmasını öyrənməkdir. Yoxlama-nəzarətlərin nəticələrinə uyğun olaraq məhdudiyyətlərlə bağlı təkliflər hazırlanacaq.

Qeyd edək ki, hazırda Türkiyənin 32 vilayətində 37-si kənd olmaqla ümumilikdə 83 yaşayış məntəqəsi yeni növ koronavirusa qarşı qabaqlayıcı tədbirlər çərçivəsində karantinə alınıb. Ekspertlər gündəlik aşkar edilən yoluxma sayındakı artımı kütləvi tədbirlərdə qaydalara əməl edilməməsi ilə əlaqələndirirlər. O cümlədən yallı tutmaq xəstəliyin əsas yayılma mənbələrindən hesab edilir. Risklərin çox olduğunu nəzərə alaraq, bəzi şəhərlərdə əsgərlərin yolasalma mərasimlərinin keçirilməsinə də qadağalar qoyulub.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə