Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini azaldır

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini azaldır

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

ENA.az quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsinin 1 faiz bəndi azaldılaraq 9,75%-dən 8,75%-ə endirilməsinə qərar verilib.

Xatırladaq ki, TMB-nin bu il yanvarın 16-da keçirilmiş iclasında uçot dərəcəsi 0,75 faiz bəndi azaldılaraq 11,25%-ə, fevralın 19-da keçirilmiş iclasında uçot dərəcəsi 0,5 faiz bəndi azaldılaraq 11,25%-dən 10,75%-ə, martın 17-də keçirilmiş iclasında isə uçot dərəcəsi 10,75%-dən 9,75%-ə endirilmişdi. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə