Əsas məzmuna keç
Bakı +7°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

Tramp Türkiyəyə qarşı sanksiyalar tətbiq edib

Tramp Türkiyəyə qarşı sanksiyalar tətbiq edib

ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı sanksiyalar tətbiq edib.

ENA.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə dövlət katibi Mayk Pompeo bildirib.

O, qeyd edib ki, Tramp Türkiyə ilə bağlı icraçı fərman imzalayıb. İcraçı fərman Maliyyə Nazirliyinə və Dövlət Departamentinə Türkiyə hökumətinin ayrı-ayrı şəxslərinə, təşkilatlara qarşı sanksiyalar tətbiq etmək səlahiyyəti verir. 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-dan Suriyanın şimalında “Barış pınarı” antiterror əməliyyatına başlayıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə