“Tibb işçiləri üçün əlavə vəsaitin cəlb olunmasına ehtiyac var”

“Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq koronavirusla mübarizə aparan tibb işçilərinin vəzifə maaşlarına xüsusi müddətli əlavələr təyin olunur”.
!@#
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, həmin tədbirin maliyyələşdirilməsinə əlavə vəsaitin cəlb olunmasına ehtiyac var: “Digər tərəfdən zəruri tibbi avadanlıqların və başqa ehtiyacların maliyyələşdirilməsinə, bir sıra xəstəxanaların koronavirus xəstələrinin müalicəsi üçün yenidən istifadəyə verilməsinə vəsait ayrılacaq”.











