Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hadisə

Teymur Rəcəbov finalda ilk matçda ermənini məğlub etdi

Teymur Rəcəbov finalda ilk matçda ermənini məğlub etdi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” çərçivəsində onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin 4 partiyadan ibarət ilk matçında ermənistanlı Levon Aronyanla mübarizə aparıb.

ENA.az xəbər verir ki, birinci, ikinci və üçüncü partiyaları heç-heçə edən şahmatçımız dördüncü partiyada rəqibini məğlub edib (2,5:1,5).

Xatırladaq ki, turnirin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran şahmatçımız dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 min dollar qazanacaq.