Əsas məzmuna keç
Bakı +9°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

“Teleradio” İstehsalat Birliyinin adı dəyişdirildi

“Teleradio” İstehsalat Birliyinin adı dəyişdirildi

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi adını və təşkilati-hüquqi formasını dəyişir.

ENA.az xəbər verir ki, adını və təşkilati-hüquqi formasını dəyişərək “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” MMC-yə çevrildiyini elan edir.

Teleradio İB respublikada radio-televiziyanın yerüstü yayımını, radio rabitəsini (radio-rele xətt şəbəkəsinin istismarını), radio-televiziya proqramlarının peykdən yayımını və s. xidmətləri təmin edən dövlət müəssisəsidir.

Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli, 91 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”na Teleradio İB-nin aşağıdakı obyektləri (stansiyaları) daxil edilmişdir:

  1. Bakı Teleqüllə Kompleksi
  2. Gülüstan RTYS
  3. Lerik RTYS
  4. Əhmədbəyli RTYS
  5. Poylu RTYS
  6. Zaqatala RTYS
  7. Gəncə RTYS
ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə