Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Avtomobil

Taksilər ödənişli zonalara pulsuz girə biləcək? – Açıqlama

Taksilər ödənişli zonalara pulsuz girə biləcək? – Açıqlama

"Taksilərin qiyməti tənzimlənən qiymətlər deyil. Taksilərin qiyməti bazarın təsirləri əsasında formalaşmalıdır. Ödənişli zonaların taksi fəaliyyətinə təsir hazırda açıq sualdır”.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə deyib.

“Növbəti 3 ay ərzində bu məsələ araşdırılacaq. Taksilərin gəlirləri də nəzərə alınacaq. Hazrda bununla bağlı proqnoz vermək çətindir, çünki bu, ciddi hesablamalar tələb edir”,-deyə AYNA sədri əlavə edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə