Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qarabağ

Şuşalılar bu tarixdə öz evlərinə qayıdacaqlar

Şuşalılar bu tarixdə öz evlərinə qayıdacaqlar

2023-cü ilin birinci yarısına qədər Şuşada tikilən 8 binaya əhali köçürüləcək.

ENA.az APA-ya istinadən xəbər verir ki, Sovetlər birliyi dönəmində tikilmiş binalar istismar müddətini başa vurduğu, iki müharibə nəticəsində deformasiyaya uğradığı, bundan başqa həmin binalar Şuşanın tarixi-memarlığına xələl gətirdiyi üçün 10-11 ədədi sökülərək Şuşanın ab-havasına, tarixi-memarlıq quruluşuna uyğun 3, 4, 5 mərtəbəli müasir binalar tikilir.

Şuşada məktəbin tikintisinin də 2023-cü ilə kimi başa çatması planlaşdırılır: “Yəqin ki, gələn tədris ilinə məktəb tam hazır olacaq. Bundan başqa, bir otelin tikintisi yekunlaşmaq üzrədir və həmin otel gələn il yəqin ki təhvil veriləcək”.

O da qeyd olunub ki, Şuşada ilin 6 ayı demək olar ki, soyuq və yağıntılı keçdiyi üçün aparılan tikinti işlərində yubanmaların olması mümkündür. Lakin işlərin qısa vaxtda başa çatdırılmasına çalışırlar.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə