Əsas məzmuna keç
Bakı +5°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qarabağ

Şuşada ilk yaşayış binalarını bu şirkət 15 milyon manata tikəcək

Şuşada ilk yaşayış binalarını bu şirkət 15 milyon manata tikəcək

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi publik hüquqi şəxs “CONCO” QSC ilə 15 milyon manatlıq 2 müqavilə bağlayıb.

ENA.az xəbər verir ki, 1-ci müqavilədə Şuşa şəhəri Cənub yaşayış zonası-11, Blok-02/Yaşayış evi-5/Blok-E(Yeraltı dayanacaq ilə birlikdə), Blok-02/Yaşayış evi-6/Blok-F, Blok-02/Yaşayış evi-8/Blok-H(Yeraltı avtomobil dayanacağı ilə), Blok-02/Yaşayış evi-9/Blok-İ yaşayış binalarının tikintisi nəzərdə tutulur. Müqavilənin dəyəri isə 7 682 144 manatdır.

Eləcə də oxu: İkinci “Ağıllı kənd'”: Füzulidə 450 ev tikiləcək - VİDEO

2-ci müqavilədə Şuşa şəhəri, Cənub yaşayış zonası-11, Blok-01/Yaşayış evi-1/Blok-A(Yeraltı dayanacaq ilə birlikdə), Blok-01/Yaşayış evi-2/Blok-B, Blok-01/Yaşayış evi-3/Blok-C, Blok-01/Yaşayış evi-4/Blok-D yaşayış binalarının tikintisi nəzərdə tutulur. Bu müqavilənin məbləği isə 7 005 356 manatdır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə