Əsas məzmuna keç
Bakı +14°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qarabağ

Şuşa və Ağdam ATƏŞƏ TUTULDU

Şuşa və Ağdam ATƏŞƏ TUTULDU

Noyabrın 30-u saat 14:40-dan saat 15:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Bu barədə ENA.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.