Əsas məzmuna keç
Bakı +11°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sığorta

“Standard Insurance”in baş ofisi 9-⁠cu dəfə satışa çıxarılır: hərracda beh 11 minə yaxındır

“Standard Insurance”in baş ofisi 9-cu dəfə satışa çıxarılır: hərracda beh 11 minə yaxındır

Noyabrın 23-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-nin baş ofisinin satışına dair 9-cu hərrac keçiriləcək.

Bu barədə qurumun Ləğvetmə Komissiyasından bildirilib.

Məlumata görə, "Əmlak Hərrac Mərkəzi" MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 4A ünvanında olacaq və paytaxtın Nəsimi rayonunun Şəmsi Bədəlbəyli küçəsində 4 mənzilin birləşdirilməsi ilə yaradılmış 359 kvm-lik ofis alıcılara təklif ediləcək.

Əmlak üçün ilkin qiymərti ilə müqayisədə təxminən 2 dəfə az - 1 092,5 min manat qiymət müəyyən olunub. Bu məbləğin 1%-i, yəni 10 925 manat beh kimi ödənilməlidir.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:

Daşınmaz əmlak növü

Ünvanı

Ümumi sahəsi  

 

Hərrac

qiyməti  

AZN

Beh

AZN

Rekonstruksiya işlərindən    

sonra birləşdirilmiş

4 (dörd) mənzil           

Bakı şəhəri, Nəsimi rayonu,

Mirzə Ağa Əliyev küçəsi. ev 251,

mənzil 20

56.6 м²

1.092.500   

  10.925  

Bakı şəhəri, Nəsimi rayonu,

Mirzə Ağa Əliyev küç., ev 251,

mənzil 49

46.5м²

Bakı şəhəri, Nəsimi rayonu,

Mirzə Ağa Əliyev küçəsi. ev 251,

mənzil 50      

52.7 м²

Bakı şəhəri, Nəsimi rayonu,

Şəmsi Bədəlbəyli küçəsi. ev 96,        

mənzil 65     

114.7 м²

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür:

https://www.birjanews.az/herrac-elanlar/64

Sığorta şirkətinin digər əmlaklarının qanunvericiliyə və hərrac qaydalarına əsasən açıq satışı davam edəcək, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə