Əsas məzmuna keç
Bakı +11°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İnşaat və əmlak

Sosial mənzilin tikintisi büdcədən 100 milyon manatı silib

Sosial mənzilin tikintisi büdcədən 100 milyon manatı silib

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC-yə 2018-ci ildə sosial mənzilin tikinti layihəsinin reallaşdırılmasına 100 milyon manat ayrlıb. Bu barədə hökumətdən məlumat verilib.

“2018-ci ildə dövlət kapital qoyuluşları çərçivəsində sosial mənzil tikintisi və zəruri infrastrukturun yaradılması məqsədilə dövlət büdcəsindən MİDA-ya 100 mln. manat ayrılıb”, - hökumətdən qeyd olunub.

Bu vəsait 3 istiqamət üzrə sərf olunub.

Xüsusilə, 51 mln. 443,748 min manat Hövsanda yaşayış kompleksinin tikintisi (20 hektar), 44 mln. 921 min 205,29 manat – Yasamal Yaşayış Kompleksinin tkintisi üzrə birinci layihəsi çərçivəsində (11,6 hektar), 3 mln. 635 min 44,65 manat - Yasamal Yaşayış Kompleksinin tkintisi üzrə ikinci layihəsinin layihə-smeta sənədləşmənin hazırlanmasına sərf olunub.

Bundan əlavə, Agentliyin öz vəsaiti hesabına 1,364 mln. manat Bakıda inzibati binanın yenidən qururulmasına yönəldilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə