Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

Şirkət 7 min nəfəri işdən çıxaracaq

Şirkət 7 min nəfəri işdən çıxaracaq

143 illik tarixə malik Yaponiyanın texnologiya nəhəngi Toşiba (Toshiba) yenidənqurma çərçivəsində bir çox aktivlərini satacağını və 7 min nəfəri işdən çıxaracağını açıqlayıb. Bu açıqlamadan sonra şirkətin səhmləri 13%-ə yaxın bahalaşıb.

"BI" xəbər verir ki, şirkət verdiyi açıqlamada, İngiltərədəki nüvə enerjisi və ABŞ-da mayeləşdirilmiş təbii qaz (LNG) obyektini satacağını bildirib.
Həmçinin açıqlamada, beş il davam edəcək yenidənqurma çərçivəsində 7 min insanın işdən azad olunacağı qeyd edilib.

Açıqlamanın investorlar arasında şirkətə qarşı etimadı artırmasının təsirilə Toşiba səhmlər 13% dəyər qazanıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə