Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

Sahibi “Milla”ya yenidən kapital yatırır

Sahibi “Milla”ya yenidən kapital yatırır

Azərbaycanın qida bazarının (FMCG) iştirakçılarından olan “AZ FP CO LTD” MMC (Azerbaijan Food & Packaging Company) bazarda mövqeyni bir qədər də gücləndirməyə çalışır.

Xəbər verilir ki, ölkə bazarında “Milla” süd məhsulları ilə tanınan şirkətin nizamnamə kapitalı 1 503 000 manat və ya 8.4% artırılıb.

Bununla da “AZ FP CO LTD”nin nizamnamə kapitalı 19 481 038 manatdan 17 978 038 manata qaldırılmışdır.

Şirkətə üç ay öncə 7 000 000 manat, yaxud nizamnamə kapitalı 64% artırılmışdı.

“AZ FP CO LTD” MMC 2006-cı ildə yaradılıb və ölkədə “Milla” brendi ilə süd məhsulları çıxarmaqdadır.

Qeyd edək ki, şirkətin rəsmi internet səhifəsi bir neçə müddətdir texniki nasazlıqlarla çalışmaqdadır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə