Əsas məzmuna keç
Bakı +12°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sosial

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycanda bəzi bölgələrdə iyunun 30-u və iyulun 1-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Gəncə, Mingəçevir, Goranboy, Samux, Naftalan, Göygöl, Daşkəsən, Gədəbəy, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Yardımlı, Lerik, Naxçıvan MR-da sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə