Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Sabaha olan - HAVA PROQNOZU

Sabaha olan - HAVA PROQNOZU

 Oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "ENA"ya verilən məlumata görə, sabah şimal-şərq küləyi əsəcək.  

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-21, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz  45-50 faiz olacaq.  

Oktyabrın 8-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı  yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12, gündüz 18-22, dağlarda gecə 2-6, gündüz  8-11 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 8-9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə