Sabaha olan - HAVA PROQNOZU

Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "ENA"ya verilən məlumata göər, aprelin 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.
!@#
Səhər saatlarında duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 15-17 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.











