Saakaşvilinin Gürcüstana dönəcəyi tarix açıqlanıb

Mixeil Saakaşvili Gürcüstana noyabrda qayıdacaq.
ENA.az xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının parlamentdəki fraksiya rəhbəri Roman Qotsiridze bildirib.
!@#
Müxalifətçi deputatın sözlərinə görə, sabiq prezidentin seçkilərdən öncə Gürcüstana dönməsi özünün də dediyi kimi qeyri-sabitlik yarada bilər: "Mixeil Saakaşvilinin ölkəyə qayıdışı hökumətin dəyişməsindən sonra, yəni noyabrda baş verəcək".
R.Qotsiridze deyib ki, M.Saakaşvili müxalifətin seçkilərdə qələbəsi üçün əsas faktor olacaq.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək. Ötən gün ölkənin birləşmiş müxalifəti baş nazir vəzifəsinə M.Saakaşvilinin namizədliyini irəli sürüb.











